EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Rəsmi kataloq
İştirakçılar üçün » İştirakın üstünlükləri

13-cü Qafqaz Beynəlxalq “Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar” (“Horex Caucasus”) sərgisində iştirakın
LEHİNƏ
13 arqument.

  1. “Horex Caucasus” sərgisi həm Azərbaycanda, həm də ümumilikdə Xəzər regionunda qonaqpərvərlik sənayesi üzrə ən populyar tədbirlərdən biridir və Azərbaycanın paytaxtı BAKI şəhərində yerləşən ən mötəbər sərgi salonunda - Bakı Ekspo Mərkəzində keçirilir.

     

  2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə, mehmanxanalarda yerləşdirilmiş qonaqların sayı 42.9% artıb ki, bunun da 68.4%-ni xarici vətəndaşlar təşkil edib, otellərdən əldə olunan gəlir isə 37.8 % artıb. Bu fakt bir daha əyani şəkildə sübut edir ki, Azərbaycanda mehmanxana və turizm sənayesi inamla inkişaf edir və əlbəttə ki, respublikanın bu sahədə yeni tərəfdaş və işgüzar əlaqələrə olan tələbatı da müvafiq olaraq xeyli artmışdır.

     

  3. Sərginin keçirildiyi tarix (15-17 may 2019) biznesin, yeni tərəfdaş axtarışlarının və yeni sazişlərin “canlandığı” dövrə təsadüf edir. Bu dövrdə bütün otel, restoran və super-marketlər yay mövsümünə - turist və qonaqların ölkəyə axınına hazırlaşır.

     

  4. Sözügedən tədbir “WorldFood” sərgisi ilə eyni vaxtda keçirilir ki, bu da həm restoran, həm də mehmanxana biznesində yeni müştəri və tərəfdaş axtarışı üçün daha çox imkan yaradır.
  5. Ötən il keçirilmiş sərgi üzrə statistik məlumatlara əsasən:
    • İştirakçıların 100%-i yeni işgüzar əlaqələr qurub;
    • İştirakçıların 83%-i ziyarətçilərin keyfiyyətindən razı qalıb;
    • İştirakçıların 83%-i iştirak məqsədinə tam və ya qismən nail olduqlarını qeyd edib;
    • İştirakçıların 100%-i sərgidə iştirak nəticəsində yeni sazişlərin imzalanacağını gözlədiklərini bildirib.
  6. Yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkan kimi, biz sərgi iştirakçıları ilə dəvət edilmiş şirkətlər arasında “B2B” formatlı (ikitərəfli) görüşlər təşkil edirik.
  7. Biz sərginin rəsmi kataloqunda (əlaqə təfərrüatlarınız ilə birlikdə) şirkətiniz haqqında məlumat yerləşdiririk və bu kataloq mehmanxana sənayesinin nümayəndələri üçün sorğu kitabçası - bələdçi funksiyasını yerinə yetirməklə yanaşı, bütün ölkədə, eləcə də ölkə hüdudlarından kənarda paylanır. Şirkətiniz haqqında məlumat sizə lazım olan şəxslərin diqqətinə çatdırılacaq! 
  8. Biz əvvəlcədən qeydiyyat prosesini və sərgiyə hazırlıq işlərinin gedişatı barədə ziyarətçilərin məlumatlandırılmasını təmin edirik. Qeydiyyatdan keçmiş ziyarətçilər elektron poçt vasitəsi ilə pulsuz giriş bileti və iştirakçı şirkətlər haqqında məlumat əldə edirlər. “Ziyarətçi” dedikdə, biz yalnız bu sahənin mütəxəssis və əməkdaşlarını nəzərdə tuturuq.
  9. Sərgi başlanmazdan əvvəl, siz (ödənişsiz qaydada) həm şirkətinizin stendi, həm də keçirəcəyiniz seminar üçün lazımlı ziyarətçilərdən ibarət növbə formalaşdırmaq imkanı əldə edirsiniz. 
  10. “HOREX Caucasus 2018” sərgisinin ziyarətçiləri:

        Nəhəng yerli və xarici otel, restoran, kafe və ictimai iaşə obyektlərinin
    • direktorları
    • baş menecerləri
    • satınalma (tədarük) üzrə menecerləri
    • marketinq menecerləri
  11. Biz əsas müştərilərinizdən ibarət ixtisaslaşmış məlumat bazası üzrə elektron və birbaşa poçt göndərişlərini həyata keçiririk.
  12. Siz sərgidə eksponatlarınızı nümayiş etdirməklə yanaşı, həm də xüsusi seminar təşkil etməklə, həm məhsullarınız, həm də onların üstünlükləri barədə ətraflı məlumat verə bilərsiniz.
  13. Sərgidə bazarın liderləri öz nailiyyətlərini nümayiş etdirir, müştərilər tapır və perspektiv inkişaf yollarını müəyyən edirlər. Məgər siz də onların sırasında yer almaq istəməzsinizmi?

Tərəfdaşlar