EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

18 - 20 noyabr 2020 Bakı Ekspo Mərkəzi
horex

Dəvətnaməni əldə edin

Rəsmi kataloq

Stendin rezervasiyası

Fotoqalereya
Sərgi » Sərgi haqqında

14-cü Qafqaz Beynəlxalq  Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi 19-21 may tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq. Cənubi Qafqaz və Xəzəryanı regionda qonaqpərvərlik sənayesinin ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisində aparıcı yerli və xarici istehsalçıların məhsul və xidmətləri ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və ən son sənaye yeniliklərinin mərkəzində olmaq fürsəti yaradılacaq. 

Sərgidə Azərbaycan, Ukrayna, Rusiya, Belarusu təmsil edən iştirakçılar mətbəx və super-marketlər üçün peşəkar avadanlıqlar, un məmulatları avadanlıqları, peşəkar ticarət avadanlıqları, hava təmizləyici, təmizləmə və soyuducu avadanlıqlar, manqal və soba, tekstil və s. bu kimi məhsullarını nümayiş edəcəklər.

HOREX Caucasus sərgisi 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2020”, 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian” sərgisi ilə paralel olaraq keçiriləcək. Bu sərgilər Azərbaycan və Zaqafqaziyada ən böyük sərgi tədbirləridir.

Sərgi çərçivəsində əməkdaşlıq və distribusiya imkanlarını üz-üzə müzakirə etmək üçün əlavə platforma olan ikitərəfli (B2B) görüşlər nəzərdə tutulub.

Həmçinin bu il Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyası və “chefs.az” internet resursunun təşkilati dəstəyi ilə baş aşpazlar arasında “Qızıl şah” adlı milli çempionat keçiriləcək. Çempionatın münsiflər heyəti dünyaca məşhur baş aşpazlar tərəfindən təmsil olunacaq. Azərbaycanda ilk dəfə olaraq ölkənin milli mətbəxinin inkişafına böyük töhfə verən  genişmiqyaslı kulinariya müsabiqəsi keçiriləcək. Həmçinin sərginin proqramına ilk dəfə ziyarətçilərə “fast-fud” (qəlyanaltı) üzrə müxtəlif təkliflərlə sevindirən “Streetfood” (“Küçə yeməkləri”) festivalı daxil edilib.

Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.


Tərəfdaşlar