EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Fotoqalereya

Sərgi hesabatı 2019

Rəsmi kataloq
HOREX Caucasus - Müasir satış bazarlarının axtarışında
Media мərkəz » Xəbərlər

Müasir satış bazarlarının axtarışında
03.04.2015

Xəbərlər

Gültəkin Zeynalova, “Billur” şirkətinin direktoru

– Biz Türkiyənin məşhur istehsalçılarının gigiyenik məhsullarını təklif edən Azərbaycanın “Billur” şirkətini bazarda təmsil edirik. Bizim şirkət artıq üç ildir ki, gigiyenik vasitələr bazarında fəaliyyət göstərir və bu müddət ərzində özünü etibarlı tərəfdaş kimi göstərə bilmişdir.

“HOREX Caucasus” sərgisi müasir satış bazarlarının axtarışı fonunda, eləcə də yeni qarşılıqlı tərəfdaşlıqların qurulmasında çox faydalıdır. Biz əsasən sərginin xarici iştirakçılarına şirkətin təklif etdiyi məhsullar barədə məlumat vermək niyyətindəyik. Ziyarətçilər bizim stenddə salfet üçün dispenserlər, əlqurudanlar, otellərin qonaqları  üçün vanna otağı əşyaları və digər məhsullarla tanış ola biləcəklər. Bununla yanaşı, ziyarətçilər bəyəndikləri məhsulu birbaşa stenddən əldə edə bilərlər.

Biz sərginin fəaliyyəti ərzində artıq kifayət sayda görüş keçirmişik. Sərginin ziyarətçiləri, o cümlədən sərgi iştirakçıları bizimlə əməkdaşlıq etmək istədiklərini bildirirlər. Mən hesab edirəm ki, “HOREX Caucasus” sərgisi böyük əhəmiyyətə malikdir və biz gələcəkdə də bu forumda fəal surətdə şəkildə iştirak etmək niyyətindəyik.

 



Tərəfdaşlar