EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Sərgi hesabatı 2019

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya
HOREX Caucasus - “Horex Caucasus 2015”: Qonaqpərvərlik sənayesinin aktual nailiyyətləri
Media мərkəz » Xəbərlər

“Horex Caucasus 2015”: Qonaqpərvərlik sənayesinin aktual nailiyyətləri
04.04.2015

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan, İtaliya, Koreya Respublikası, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətlərinin iştirak etdikləri 9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2015”) sərgisinin sonuncu iş günüdür.

Aprel ayının 3-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və onun xanımı Mehriban Əliyeva “Horex Caucasus 2015” sərgisini ziyarət etdilər. Ölkə başçısı aparıcı şirkətlərin ekspozisiyaları ilə tanış oldu və sərgiyə uğurlar arzuladı.

Ölkəmizin müasir inkişaf səviyyəsi sərginin aktuallığını bir daha ön plana çəkir. Turizm sahəsinə dövlət tərəfindən qayğı göstərilməsi və təkcə Bakıda deyil, həm də regionlarda müasir turizm infrastrukturunun yaradılması Azərbaycana gələn turistlərin ildən-ilə artmasına thfə öz töhfəsini vermişdir. Bu isə öz növbəsində xarici qonaqlara göstərilən xidmətin, ilk növbədə də qida sənayesi üzrə xidmətlərin yüksək səviyyədə olmasını zəruri edir. Bir çox dünya ölkələrində müəssisələri olan və qida məhsullarının istehsalı üzrə bütün dünyada liderlik edən məşhur şirkətlərin stendləri bu mənada səciyyəvi nümunə oldu.

9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi restoran biznesi ilə bağlı çoxsaylı imkanları təqdim edən ənənəvi platformaya çevrilib və məhz buna görə də sərgiyə olan maraq tədricən artmaqdadır, belə ki, qərb ölkələrini təmsil edən eksponentlər bu tədbirdə iştirak etməyə hər il daha çox həvəs göstərirlər. Peşəkar servisin əsasını bir sıra xırda detallar təşkil edir və məhz “HOREX Caucasus 2015” sərgisi müasir qonaqpərvərlik sənətinin sirlərini açıqlayır.

Qeyd etmək lazımdır ki, hazırkı “HOREX Caucasus” sərgisi ölkəmizdə bir sıra irimiqyaslı tədbirlərin təşkil olunması perspektivi ilə uzlaşa bildi. Hazırda ölkəmizdə otel, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv inşası həyata keçirilir. Bu isə öz növbəsində peşəkar sərgilərin əhəmiyyətini daha da artırır. Məhz bu sərgidə yeni tikilmiş və gələcəkdə inşa olunacaq obyektlər üçün “Mehmanxana, Restoran və Kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri zəruri avadanlıq və ləvazimatları, eləcə də qida məhsulları və içkiləri seçmək mümkündür.

9-cu Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2015”) sərgisi ilə paralel olaraq 14-cü Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2015”) və 2-ci Xəzər Beynəlxalq “Kater və Yaxtalar” (“CIBS 2015”) sərgiləri keçirilir. Sözügedən tədbirlər ziyarətçilərin sayına müsbət təsir etməklə yanaşı, turizm və istirahət sənayesi üzrə çoxsaylı təqdimatları təhlil etmək üçün mütəxəssislərə müvafiq imkan yaratmağa müvəffəq oldu. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc.” şirkətləri çıxış edirlər.

 



Tərəfdaşlar