EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Fotoqalereya

Sərgi hesabatı 2019

Rəsmi kataloq
HOREX Caucasus - HOREX Caucasus – qonaqpərvərlik sahəsində 10 il.
Media мərkəz » Mətbuat açıqlaması

HOREX Caucasus – qonaqpərvərlik sahəsində 10 il.
06.04.2016

7 aprel 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar HOREX Caucasus 2016 sərgisi start götürəcək. Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan HOREX Caucasus sərgisi bu il onillik yubileyini qeyd edir. Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qısmində isə “Iteca Caspia n” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Qonaqpərvərlik və qida sektoru Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf edən qeyri-neft sahələrindən birinə çevrilmişdir və buna görə də, Azərbaycanda “BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu”, “Şahmat üzrə dünya çempionatı”, bir nəfərlik açıq təkərli avtomobil yarışları üzrə “Formula-1” dünya çempionatı, “İslam Həmrəylik Oyunları” və digər çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi mehmanxana, restoran və idman kompleksləri ilə yanaşı, biznes və ticarət mərkəzlərinin də intensiv tikintisinə təkan verir. Bütün bunlar isə HOREX Caucasus sərgisinin nə dərəcədə aktual olduğunu bir daha sübut edir.

Bu il “HoReCa” qonaqpərvərlik sektorunu təmsil edən istehsalçı və distribyutorlar tədbir çərçivəsində otel ləvazimatları və ətriyyat, habelə tekstil və uniforma, qida məhsullarını uzun müddət ərzində saxlamaq üçün şok kameralar, peşəkar təmizlik avadanlıqları təqdim edirlər. Təqdim olunan brendlərin arasında Vollrath, Voluspa (ABŞ), Ada International (Almaniya), Darbo (Avstriya), Numatic, PLC, Jing tea (Böyük Britaniya), Unger Enterprises, HEPP, Bauscher Stolzle, Alqvimia, Jofel (İspaniya), Danube, Matfer, Bragard Uniform (Fransa), IPC-Redy Sistems, Lotus Spa, Mepra (İtaliya), Pacific Direct  (Çex Respublikası), Churchills (Çin), Hero (İsveçrə), Crown International (Niderland Krallığı), SR Chemicals+ (Türkiyə), Lubiana (Polşa).

“Horex Caucasus 2016” sərgisi qısa müddət ərzində mehmanxana sənayesi üzrə ən yeni xidmət distribyutorları ilə tanış olmaq, faydalı müqavilələr imzalamaq və etibarlı təchizatçılarla əməkdaşlıq əlaqələri qurmaq üçün əla imkan yaradır ki bu da müştərilərə yüksək səviyyəli xidmətlər göstərilməsini təmin edir. Bu gün bütün dünyada mürəkkəb qlobal-iqtisadi durumun mövcud olduğu bir vaxtda, əksər şirkətlər imzaladıqları müqavilələri və tərəfdaşlıq əlaqələrini təkrar nəzərdən keçirir və bu zaman həm qiymət, həm də keyfiyyət baxımından daha optimal təkliflərə üstünlük verirlər. Məhz HOREX Caucasus 2016 sərgisi müştərilərlə birbaşa əlaqə yaratmaq, yeni səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri quraraq bu əlaqələri genişləndirmək, eləcə də etibarlı podratçılar qazanmaq üçün unikal imkan yaradacaq. “Horex Caucasus 2016” sərgisinə qonaqpərvərlik sənayesinin peşəkarları ilə yanaşı, mehmanxana, kafe və digər ictimai iaşə obyektlərinin sahibləri, habelə qida və içki məhsullarının təchizatçıları dəvət olunurlar. “Horex Caucasus 2016” sərgisi 7-9 aprel tarixində peşəkarlar, aprel ayının 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.



Tərəfdaşlar