EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Fotoqalereya

Sərgi hesabatı 2019

Rəsmi kataloq
HOREX Caucasus - “HOREX Caucasus” sərgisinin işgüzar proqramı çərçivəsində bir sıra premyeralar keçiriləcək
Media мərkəz » Xəbərlər

“HOREX Caucasus” sərgisinin işgüzar proqramı çərçivəsində bir sıra premyeralar keçiriləcək
04.04.2018

Xəbərlər

5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək. Qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də  alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.

Bu il sərgidə qəhvə, qəhvə maşınları, trüfel (göbələk növü) və trüfel məhsulları, yuyucu vasitələr, peşəkar təmizlik avadanlıqları və paslanmayan poladdan hazırlanmış məhsulları və qab-qacaqları və otel, restoran və kafe “HoReCa” sektoru üçün havatəmizləyici filtrlər təqdim edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcəklər. İlk dəfə olaraq, İtaliyada trüfel (göbələk növü) və trüfel məhsullarının istehsalı sahəsində lider olan “Giuliano Tartufi” şirkəti “Horex Caucasus 2018” sərgisində iştirak edir.

“HOREX Caucasus” sərgisinin işgüzar proqramı çərçivəsində bir sıra premyeralar keçiriləcək. Belə ki, təşkilatçılar tərəfindən ilk dəfə olaraq sərgi iştirakçıları və yerli şirkətlər arasında “B2B” formatlı görüşlər təşkil olunacaq. Bu biznes görüşləri işgüzar ünsiyyət üçün əlavə imkanlar yaradacaq. Bu il “HOREX Caucasus 2018” sərgisində ilk dəfə olaraq barista çempionatı keçirilir. Bu “ətirli” müsabiqənin təşkilatçısı sərginin iştirakçısı olan “Specialty Coffee Association” (SCA) adlı İxtisaslaşmış Qəhvə Assosiasiyasıdır. Çempionatda mütəxəssislər “Latte-art” texnikasından istifadə edərək qəhvə və qəhvə əsaslı içkilərin hazırlanmasında yarışacaqlar.

İlk dəfə olaraq, “HOREX Caucasus” sərgisi çərçivəsində iştirakçılar arasında “Innovation Award” (“İnnovasiya mükafatı”) müsabiqəsi keçiriləcək. Ziyarətçilər qeydiyyatdan keçərkən, onlara innovasiyaları təqdim edən şirkətin stendini göstərən xüsusi kart təqdim olunacaq və ziyarətçilər bu kart vasitəsi ilə öz sənayesində ən yaxşı innovasiyaları təqdim edən şirkətə səs verə biləcəklər. Səsvermə başa çatdıqdan sonra isə ən çox səs toplamış şirkətə fəxri sertifikat təqdim olunacaq. Öz növbəsində, qalib gələn şirkət də səs vermiş ziyarətçilərdən birinə xüsusi hədiyyə verəcəkdir.

“HOREX Caucasus” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 2018-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır.  



Tərəfdaşlar