EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Fotoqalereya

Sərgi hesabatı 2019

Rəsmi kataloq
HOREX Caucasus - Hər kəs mükəmməl təmizlik və səliqə-sahmanı sevir!
Media мərkəz » Xəbərlər

Hər kəs mükəmməl təmizlik və səliqə-sahmanı sevir!
05.04.2018

Xəbərlər

Jalə Hacıoğlu, “SR Chemicals” şirkətində Satış üzrə menecer

-  Azərbaycanın “SR Chemicals” şirkəti peşəkar təmizləyici vasitələrin istehsalı və satışı sahəsində ixtisaslaşır. Bizim stenddə siz əsas məhsul çeşidi, eləcə də əlaqədar məhsullar ilə tanış ola bilərsiniz (mehmanxana, restoran və digər böyük iaşə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş xüsusi dispenserlər, nasoslar, dozatorlar və s.).

Bundan əlavə, bizim stenddə ilk dəfə olaraq “Fantom” (Türkiyə) şirkətinin peşəkar təmizləmə avadanlıqları nümayiş olunur. Biz həmçinin sözügedən şirkətin vahid rəsmi distribyutoruyuq. 

Bizim məramımız HoReCa (iaşə) sektorunda çalışanların işini asanlaşdırmaq və maksimum dərəcədə səmərəli və təhlükəsiz etməkdir. Biz bu sərgiyə qatılaraq şirkətin müştəri bazasını genişləndirməyi planlaşdırırıq. Bizim vasitələrin tətbiq sahəsi kifayət qədər genişdir, belə ki bu vasitələr həm mətbəxdə, həm də (təmizliyi qorumaq üçün) ev təsərrüfatında, eləcə də quru kimyəvi təmizləmə obyektlərində istifadə edilə bilər, Buna görə də biz restoran, otel, quru təmizləmə, tibbi klinikalar və digər analoji obyektlərin nümayəndələrini stendimizə dəvət edirik.

Biz bu sərgidə artıq bir neçə dəfə iştirak etmişik və sərginin nəticələri bizi çox məmnun edir. Buna görə də biz sərgi təşkilatçıları ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik!



Tərəfdaşlar