EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Fotoqalereya

Sərgi hesabatı 2019

Rəsmi kataloq
HOREX Caucasus - Dünyanın ən nadir və ən qiymətli göbələkləri!
Media мərkəz » Xəbərlər

Dünyanın ən nadir və ən qiymətli göbələkləri!
05.04.2018

Xəbərlər

Laura Markuççi, “Giuliano Tartufi” (İtaliya) şirkətinin nümayəndəsi

- İtalyan istehsalçısı “Giuliano Tartufi” şirkəti yeni dərilən trüfellər və digər növ göbələklərin emalı sahəsində ixtisaslaşır. “Giuliano Tartufi” şirkətinin məhsulları arasında konservləşdirilmiş ağ və qara trüfellər, zeytun yağında qablaşdırılan trüfellər, eləcə də trüfel əsaslı krem ​​və souslar daxildir.

Bu çox nadir göbələklərin qiyməti bir kiloqram üçün 10 min avroya çata bilər. Hazır məhsulların satışı ilə yanaşı, biz İtaliyanın Umbria vilayətində yerləşən şirkətimizə də tədris səfərləri təşkil edirik. Gəzinti zamanı qonaqlar trüfellər haqqında çox maraqlı məlumatlar ala və xüsusi təlim keçmiş itlərdən istifadə etməklə, bu göbələklərin meşədə yığılmasında iştirak etməklə yanaşı, onların emal mərhələləri ilə tanış olaraq hazır məhsulları dada bilərlər. Bu turların bəzisi bir neçə saat çəkə bilər, digər uzunmüddətli turlar üçün bizim otelimizdə gecələmək imkanı da təklif olunur.

Biz bu sərgiyə ilk dəfə qatılmışıq və hər kəsi stendimizə dəvət edirik. Burada məhsullar haqqında məlumat əldə etməklə yanaşı, trüfellərin dadına da baxmaq mümkündür. 

Sərgidə iştirak etməkdə məqsədimiz bu məhsulları Azərbaycana gətirə biləcək tərəfdaş və idxalçılar tapmaqdır. Restoran, supermarket, dəbdəbəli mehmanxanalar və həmçinin HoReCa (iaşə) sektorunda fəaliyyət göstərən obyektlərin nümayəndələrini, eləcə də  qida məhsulları üzrə distribyutorları stendimizdə gözləyirik!

Bundan əlavə, biz Azərbaycandakı turistlərin İtaliyadakı şirkətimizə tanışlıq turlarına apara biləcək səyahət şirkətləri ilə əlaqə qurmaq istərdik. 



Tərəfdaşlar