EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Rəsmi kataloq
HOREX CAUCASUS - Məqsədimiz Azərbaycan iqtisadiyyatını yüksəltməkdir
Media мərkəz » Xəbərlər

Məqsədimiz Azərbaycan iqtisadiyyatını yüksəltməkdir
15.05.2019

Xəbərlər

Leyla Məmmədova, “Titan Group”-un meneceri

“Horex Caucasus 2019” sərgisində Titan Group Şirkəti  məhsullarını iki stenddə nümayiş etdirir. Birinci stenddə yeni istehsal sahəmizdə istehsal olunan yeni üçlaylı poliuretan sendvic panellər, soyuducu kameralar, soyuducu qurğular və Avropa partnyor şirkətlərimizin soyuducu qurğularına aid komplektləşdirici hissələri numayiş edirik. İkinci stenddə isə CHEF’S cup peşəkar aşpaz yarışmasının sponsoru olaraq, istehsal  etdiyimiz peşəkar mətbəx avadanlıqları ilə  yanaşı qabaqcıl Avropa şirkətlərinin istehsal etdiyi  avadanlıqlar da nümayiş olunur.

Yerli istehsalçı olaraq, üstünlüyümüz ondan ibarətdir ki, layihələndirmə, layihə əsasında özəl istehsal, hazır malın çatdırılması, quraşdırılması, texniki servis dəstəyi, eyni zamanda xaricdən gətirilən malların ən uyğun qiymətlərlə satışı, çatdırılması, quraşdırılması və texniki servis xidməti göstəririk. Bu sərgidə Azərbaycan Respublikasında ilk dəfə olaraq, keçən ilin sonlarından istehsalına başladığımız poliizosianurat (PİR) tipli sendvic paneləri təqdim edirik.

 

Sərginin potensial müştəriləri aşkara çıxarmaqda, arzularımızı və qarşığımıza qoyduğumuz məqsədləri həyata keçirməkdə rolu böyükdür. Arzumuz Respublikamızda fəaliyyət göstərən hər bir müəssisənin irəliləyişində yardımçı olmaq, məqsədimiz - Azərbaycan iqtisadiyyatını yüksəltmək üçün əlimizdən gələn köməyi əsirgəməməkdit.

Sərgidə iştirakımızın əsas məqsədimiz istehsal etdiyimiz yeni yerli avadanlıqlar və eyni zamanda təmsilçisi olduğumuz, əməkdaşlıq etdiyimiz Xariçi Avropa şirkətlərinin avadanlıqları ilə yerli bazarı daha yaxından tanış etmək və onlar barədə daha çox məlumat  yaymaqdır.

 

 



Tərəfdaşlar