EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Sərgi hesabatı 2019

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya
HOREX Caucasus - Bizim mebellər kifayət qədər populyardır
Media мərkəz » Xəbərlər

Bizim mebellər kifayət qədər populyardır
15.05.2019

Xəbərlər

Nüsrət Abdullayev, Azərbaycanın “Rattan Bag mebelləri” şirkətinin direktoru

- Bizim şirkət “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində dəfələrlə iştirak edib və biz hər dəfə ziyarətçilərin diqqətinə yeni məhsullar təqdim edirik və bu da şirkətin daim inkişaf etdiyini göstərir. Perspektiv layihələr əhalinin hər kateqoriyası arasında populyardır. “Rattan Bag mebelləri” şirkəti dörd il əvvəl təsis edilib, müəssisənin balansına Bakıda və Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bir neçə istehsal obyekti daxildir.

Yerli xammal əsasında sintetik materiallardan hazırlanan bizim mebellərə həmişə tələbat var və onlar uzun müddət yüksək keyfiyyət və orijinal dizaynları ilə fərqlənir. Biz bazarın tələblərini qarşılamağa çalışırıq, monitorinq aparır, mebel istehsalı üçün yeni materiallardan istifadə imkanlarını öyrənirik.

15 may tarixində açılan sərgi yaxşı təşkil edilib, genişmiqyaslıdır və zəngin ekspozisiyaları ilə təəssürat doğurur. Buna görə də sərginin belə müsbət qiymətləndirilməsi bizdə əminlik yaradır ki, biz burada yeni tərəfdaşlar tapacağıq. Biz potensial tərəfdaşlar ilə bir sıra görüşlər təyin etmişik.

Biz məhsullarımızın bir hissəsini RF-na ixrac edirik və sərginin xaricdə yeni alıcılar tapmağa kömək edəcəyi istisna deyil.



Tərəfdaşlar