EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Rəsmi kataloq
HOREX CAUCASUS - Soyuducu sistemlərin istehsalı sahəsində zəngin təcrübə
Media мərkəz » Xəbərlər

Soyuducu sistemlərin istehsalı sahəsində zəngin təcrübə
17.05.2019

Xəbərlər

Gürkan Çakıcı, “Gür Sogutma San.” şirkətində mühəndis-mexanik

- Türkiyənin “Gür Sogutma” şirkəti hava, su və s. üçün soyuducu sistemlərin (çillerlərin) istehsalı sahəsində ixtisaslaşıb. Şirkət ilk dəfə olaraq su soyutma qurğusunu hazırlayıb və istismara verib. Bu gün bütün dünyada çillerlər üzrə məşhur istehsalçı və təchizatçı olan “Gür Sogutma” şirkəti 48 ölkədə, o cümlədən Azərbaycanda fəaliyyət göstərir. 1980-ci ildə təsis edildiyi vaxtdan etibarən, şirkət sənaye üçün soyuducu avadanlıqlar və hava kondisionerləşdirmə sistemləri sahəsində zəngin təcrübəsi, eləcə də geniş nəzəri və praktik bilikləri sayəsində bazarda aparıcı mövqe tutur. 

 Şirkətin məhsul çeşidləri arasında ilk dəfə 1983-cü ildə “Gür Sogutma” şirkəti tərəfindən Türkiyədə buraxılmış, sərgidəki stendimizdə görə biləcəyiniz “Gürsu” kompakt su soyuducuları daxildir. Həmçinin biz damda quraşdırılan kondisionerlər (“rooftop”), mərkəzləşdirilmiş soyutma sistemləri və bir sıra digər məhsullar istehsal edirik.

Şirkət uzun illərdir ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərir və üçüncü dəfədir ki, sərgidə iştirak edir. Bu gün məqsədimiz “Gür Sogutma” soyuducu sistemlərinin yeni modellərini nümayiş etdirməkdir. Biz Azərbaycandakı daimi müştərilərimiz ilə görüşlər keçirir, həmçinin yeni işgüzar tanışlıqlar qurmaq üçün imkanlar axtarırıq. Bizi daha çox maraqlandıran auditoriya otellər, qida sənayesini təmsil edən müəssisələr, ictimai iaşə obyektləri və s. müəssisələrin nümayəndələridir. 



Tərəfdaşlar