EN
RU
Şəxsi kabinet
14-cü Qafqaz Beynəlxalq
Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi

19 - 21 may 2021 Bakı Ekspo Mərkəzi
horex

Stendin rezervasiyası

Fotoqalereya

Diqqət Yeni tarixlər!

Dəvətnaməni əldə edin
HOREX Caucasus - 22 iyul - Milli Mətbuat Günü!
Media мərkəz » Xəbərlər

22 iyul - Milli Mətbuat Günü!
22.07.2020

Xəbərlər

Əziz mətbuat işçiləri!

Azərbaycanda beynəlxalq sərgilər təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Events Organisers” şirkətləri adından Sizi və bütün Azərbaycan xalqını Milli Mətbuatın 145 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirik. 

Ölkəmiz üçün çətin olan bu dönəmdə Azərbaycan mətbuatı cəmiyyətimizin həyatında böyük rol oynayır. Əhalinin əksəriyyəti üçün medianın ən vacib məlumat mənbəyi olduğu bir vaxtda, jurnalist işinin əhəmiyyəti gündən günə artır. Ən son xəbərləri oxuculara, tamaşaçılara və dinləyicilərə dərhal çatdırmağınız çox böyük məsuliyyət tələb edir və Siz bu tapşırığın öhdəsindən şərəflə gəlirsiniz. İstedadınızı, cəsarətinizi və işinizə sədaqətini yüksək qiymətləndiririk.

Artıq 27 ildir ki, müstəqil Azərbaycanda beynəlxalq sərgilər keçirilir. Böyük məmnuniyyətlə qeyd etmək istərdik ki, bütün bu illər ərzində keçirilən sərgilər çərçivəsində, Sizin ilə fəal əməkdaşlıq etmişik. Tərəfinizdən təşkil olunmuş maraqlı məqalələr və sərgi iştirakçıları ilə müsahibələr sərgilərin iş proqramını daha da zəngin etmişdir. Fürsətdən istifadə edərək, bizə və sərgilərə göstərdiyiniz dəstəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. 

Bir daha Sizi yubiley və peşə bayramınız münasibəti ilə təbrik edir, gələcəkdə daha da yüksək nailiyyətlər, davamlı inkişaf, müvəffəqiyyətlər və daima xoş xəbərlər arzulayırıq.

Ən xoş arzularla,

Baş direktor
Fərid  Məmmədov



Tərəfdaşlar